Haqqımızda
“Aqropat” Məhdud Məsuliyyətli Cəmiyyəti 16 iyun 2017-ci il tarixində yaradılmış, 2018-ci ildə isə fəaliyyətə başlamışdır. Firmanın əkin sahələri Tərtər rayonunun Xoruzlu, Kəngərli, Kəbirli, Səhlabad kəndlərini əhatə edir.
Əsas fəaliyyət sahələri bağçılıq və əkinçilikdir. Məhsulların əsasən xarici bazarlara ixracı nəzərdə tutulur. 2021-ci ildən etibarən firma bu istiqamətdə inamla irəliləyir.